Azәrbaycan kubokunun finalı Lənkəranda ola bilər

13:27 - 6 Oktyabr 2016

Xəbər verdiyimiz kimi, bu gün Azәrbaycan kubokunun püşkatması keçirilib.

 

Sportal.az xәbәr verir ki, püşkatmadan sonra PFL prezidenti Ramin Musayev finalın harada keçirilәcәyinә aydınlıq gәtirib:

 

"Final oyununu bölgədə keçirmək istəyirik. Çox istəyərdik ki, final Lənkəranda keçirilsin. Ancaq "Xəzər-Lənkəran" olmadığına görə bəzi halları nəzərə almaq lazımdır. Klub fəaliyyətini dayandırdığı üçün lənkəranlı azarkeşlər istər-istəməz pis ola bilər. "Neftçi" finala vəsiqə qazansa, oyun Lənkəranda keçirilməyəcək. Lakin bu baş verməsə, istərdim ki, həlledici oyun Lənkəranda keçirilsin. Oyun Qəbələdə və İmişlidə də keçirilə bilər. Final oyunu 90 faiz ehtimalla bölgədə baş tutacaq".

Xəbər xətti