Avropa Liqasının qrup mərhələsində III turunda keçiriləcək "Qarabağ" - PAOK oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Sportal.az xəbər verir ki, bu haqda məlumatı "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl jurnalistlərə açıqlamasında deyib. Klub rəsmisi qeyd edib ki, bu müddətdə Premyer Liqa 8-ci turu çərçivəsində keçiriləcək "Sumqayıt"la oyun mərkəzi arenada ola bilər.
Qeyd edək ki, "Qarabağ" - PAOK oyunu oktyabrın 20-də baş tutacaq.
saytlarin hazirlanmasi