“Bilirik ki, böyük komandaya qarşı oynayacağıq. Almaniya qrupun açıq-aşkar favoritidir. Onlara qarşı mübarizə aparmaq asan deyil. Almanların oyunu Avropa çempionatında üz-üzə gəldiyimiz İspaniya yığmasına oxşardır. Hansının daha güclü olduğunu demək isə çətindir. Amma almanlar daha inadkardır”.
Sportal.az xəbər verir ki, bu sözləri Çexiya yığmasının hücumameyilli yarımmüdafiəçisi Ladislav Kreyçi deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya sabah Almaniyanın qonağı olacaq. Bundan 3 gün sonra çexlər Azərbaycan millisini qəbul edəcəklər.
"Bolonya"da çıxış edən Kreyçi millimizlə oyunda qələbə qazanamaq istədiklərini qeyd edib:
“Yığmada 28 oyun keçirmişəm. Əgər hər iki oyunda forma şansı qazansam, Azərbaycanla matç 30-cu qarşılaşmam olacaq. Buna görə də Azərbaycanla oyun mənim üçün xüsusi olacaq. Həmin görüşdə qələbə qazanaq istəyirik”.
saytlarin hazirlanmasi