"Azərbaycanı məğlub etməsək, qalmaqal olacaq"

14:09 - 7 Oktyabr 2016

Norveç millisinin futbolçusu  Pol Andre Helland DÇ-2018-in seçmə mərhələsində San Marino və Azərbaycana qarşı keçirəcəkləri oyun barəsində danışıb.


Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu iki oyundan 6 xal qazanmaq üçün çalışacaqlarını bildirib:


"San Marino və Azərbaycanla oyundan 6 xal götürməliyik. Amma Azərbaycanla səfər görüşünün çətin keçəcəyini bilirk. Rəqibimiz çox xəsis komandadır. Onlar bizə qarşı maksimum güc sərf edəcəklər ki, uduzmasınlar. Amma bizə qələbə lazımdır. Əgər San Marino və Azərbaycanı məğlub etməsək, qalmaqal olacaq".

Xəbər xətti