Norveçin baş məşqçisi: "Ümid edirəm ki, ot örtüyü yenə rəngləmnməyəcək" MÜSAHİBƏ

18:46 - 7 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində milli komandamız sabah Norveç millisini qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu gün qonaq komandanın baş məşqçisi Per-Matias Hoqmonun mətbuat konfransı baş tutub. 
 
Mütəxəssis qarşılaşma haqqında fikirlərini bildirib:  
 
- Komandada son durum necədi?
- Hər şey yaxşıdı. Bakıya gəlmək xoşdu. Son illlərdə burda olmuşuq. Azərbaycanda futbolun inkişafı bizi sevindirir. Xəbərdarıq ki, Azərbaycan millisinin üzvləri əsasən ölkənizin əsas komandaları olan "Qəbələ” və "Qarabağ”da çıxış edir. 
 
- Azərbaycana məğlubiyyət sizin üçün faciə sayılmayacaq?
- Əlbəttə. Biz qələbə qazanmaq istəyirik. Ancaq axırıncı oyunlar göstərir ki, yaxşı vəziyyətdə deyilik. Ümid edirəm ki, hər ey bizim üçün yaxşı olacaq. 
 
- Bundan əvvəl "Bakcell Arena”da çıxış etmnişdizsə, sabah Olimpiya Stadionunda meydana çıxacaqsınız. Stadionların fərqi sizi narahat etmir?
- Bura fantastik arenadı. Stadionda futbol oynamaq üçün əla şərati var. Ot örtüyü də əla vəziyyətdədi.  Ümid edirəm ki, sabahkı oyunda formalar ötən ilki kimi yaşıl rəngə boyanmayacaq. Yəni, ot örtüyü rənglənməyəcək.
 
- Bakıya çarter reysi ilə gəlməyiniz Norveç mətbuatında narazılığa səbəb oldu. Düşünmürsüz ki, məğlub olsaz, etirazlar daha da çoxalacaq?
- Bunu sizdən eşidirəm. Ümid edirəm ki, həmin təyyarə bizi Bakıda hava limanında gözləyir.

Xəbər xətti