Maksim Medvedev: "Rəşad Sadıqovla yanaşı oynayanda problem olmur"

11:31 - 8 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Norveç yığmasını qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan bir gün öncə təşkil edilən mətbuat konfransında millimizin müdafiəçisi Maksim Medvedev də oyunla bağlı fikirlərini bildirib:

 

"Son oyunumuzda qalib gəldik. Bu tempdə davam etmək istəyirik. Başa düşürük ki, Norveç San Marino deyil. Ancaq öz üzərimizdə işləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək".

 

Medvedev Norveçə qarşı oyunda mərkəz müdafiəçisi kimi çıxışından danışıb: “Bu mövqedə oynamışam. Rəşad Sadıqovla yanaşı oynayanda problem olmur. Təcrübəli futbolçudu. Sabah da onunla yanaşı oynayacam. Bədavi ilə də bu mövqedə birlikdə çıxış etmişəm. Milli öz oyununu qura bilsə, mənim üçün sonuncu müdafiəçi kimi oynamaqda heç bir çətinlik olmayacaq”.

 

Xəbər xətti