Milli komandamızın sabiq qolkiperi Hüseyn Məhəmmədov peşəkar karyerasını bərpa edib.
Sportal.az xəbər verir ki, 42 yaşlı veteran futbolçu məşqçi kimi çalışdığı I divizion təmsilçisi "Qaradağ Lökbatan"ın uğurları üçün tər tökəcək.
Onun adı PFL-in iştirak ərizəsinə daxil edilib. Məhəmmədov paytaxt klubunda 4 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, karyerasını 2009-cu ildə başa vuran Hüseyn Məhəmmədov "Turan Tovuz", "Kəpəz", "Şəmkir", "Maşın Sazi" (İran), "Neftçi", AZAL, "Karvan" və "Standard" klublarında çıxış edib. O, 1998-2003-cü illərdə Azərbaycan millisinin şərəfini qoruyub və yığmada 12 oyun keçirib.
saytlarin hazirlanmasi