"Azərbaycan layiqli olaraq qələbə qazandı" MÜSAHİBƏ

23:00 - 9 Oktyabr 2016

Norveç millisinin müdafiəçisi Haytam Alisamenin Sportal.az-a müsahibəsi:

 

- Milli komadamıza 0:1 hesablı uduzdunuz. Məğlubiyyəti şərh edərdiz...

- Azərbaycan layiqli olaraq qələbə qazandı. Biz də eyni məqsədlə oynayırdıq, lakin oyunun erkən dəqiqələrində rəqib hesabı açdı. Oyunun sonuna qədər bizim qol vurmaq üçün şanslarımız oldu, lakin alınmadı.

 

- Əsas probleminiz nə oldu?
- Azərbaycan qolu asan şəkildə və erkən vurdu. Bəxtimiz gətirmədi. Şanslarımızdan istifadə edə bilmədik.

 

- Azərbaycan yığmasında qolun müəllifi olan Maksim Medvedev qeyd etdi ki, dünən məşqdən əvvəl sizin nümayəndələrinizdən biri konfransada salamlaşaraq deyib ki, sabah 3 xal bizimdi.
- Xeyr, inanmıram ki, belə olsun. Elə düşünmürəm. İnansam da, ağlıma gətirə bilmirəm.

 

- Stationun ab-havası haqqında nə düşünürsüz?
- Çox yaxşı stadionunuz var, eləcə də azarkeşləriniz də. Sadəcə bizim oyunumuz alınamdı.

 

- Azərbaycan yığmasında ən yaxşı oyunçu kimi hansı futbolçunu deyə bilərsiz?
- Dəqiq bilmirəm, ancaq onu deyə bilərəm ki, yığmanız ağıllı oynadı və müdafiədə diqqətli idiniz.

Xəbər xətti