DÇ-2018-in seçmə mərhələsinin ilk iki oyununda San Marino və Norveçi məğlub edən millimizin üzvlərinə mükafat ayrılıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, AFFA San Marino ilə oyunda start heyətdə oyuna başlayan futbolçulara 10 min manat mükafat verib. Matça sonrada daxil olan futbolçular bunun 75 faizini alacaq.
Ötən gün Norveç üzərində qazanılan 1:0 hesablı qələbəyə görə isə millimizin start heyətdə başlayan hər bir üzvünə 30 min manat mükafat ayrılıb. Qarşılaşmaya sonrada daxil olan futbolçular mükafatın mükafatın 75 faizini alacaq.
Oyunu ehtiyat oyunçular skamyasında keçirən hər bir futbolçu mükafatın 50 faizinə sahib olacaq.
Millimizin Çexiyanı da məğlub edəcəyi təqdirdə futbolçulara daha çox mükafatın veriləcəyi vəd olunub.
saytlarin hazirlanmasi