Robert Prosineçki üçün Pavel Paşayevin yerinə namizədlər SİYAHI

10:20 - 10 Oktyabr 2016

Milli komandamız DÇ-2018-in seçmə mərhələsində ardıcıl ikinci qələbəsini qazandı. Robert Prosineçkinin komandası üçün yaxşı başlanğıc oldu. O başqa söhbətin mövzusudur ki, belə oyunla nə qədər uzağa getmək olar. Millimizlə bağlı ciddi məsələ ondan ibarətdir ki, Prosineçki də Foqts kimi ölkənin bir nömrəli komandasına tapşırıqla oyunçu çağırır.

 

Pavel Paşayev kimi sıradan (bəlkə də daha aşağı) bir futbolçunun milliyə dəvəti böyük suallar doğurur. Paşayev dəvət alsa da, xorvat mütəxəssis onu oyunlara buraxmır. Bundan belə qənaətə gəlmək olar ki, Prosineçki şərt qoyub ki, Pavel gəlib ehtiyatda qalıb mükafat alacaq, amma rəsmi oyunlarda iştirak etməyəcək. Əlimizdə dəqiq sübut olmadığı üçün Pavel Paşayevin mükafatından kimə nə çatdığını deyə bilmərik. Amma fakt faktlığında qalır ki, bu futbolçu milli üçün deyil və onun mövqeyində bizim Premyer Liqada çıxış eləyən kifayət qədər futbolçu var.

 

Əgər köməkçiləri Robert Prosineçkiyə yardım etmirlərsə, bu məsuliyyəti üzərimizə götürüb Paşayevin yerinə namizədlərin siyahısını hazırladıq. Bizim çempionatda çıxış eləyən cinah müdafiəçilərinin əksəriyyəti Paşayevdən daha bacarıqlı futbolçulardır.

 

Slavik Alxasov (İnter)

İlkin Qırtımov (İnter)

Tural Axundov (Kəpəz)

Şəhriyar Rəhimov (Kəpəz)

İlqar Qurbanov (Qarabağ)

Təmkin Xəlilzadə (Zirə)

Məqsəd İsayev (Neftçi)

Yusif Nəbiyev (Sumqayıt)

Urfan Abbasov (Qəbələ)

Ruslan Əmircanov (AZAL) 

Xəbər xətti