"Mançester Siti" klubu U-18 komandasına rəngli butslar geyinməyi qadağa edib.
Sportal.az İngiltərə mətbuatına əsasən xəbər verir ki, bu siyasət sadəcə qara rəngli butsları geyməyə icazə verir. Akademiyada məşqçi kimi çalışan Ceyson Uilkoks bildirir ki, rəngli butslar gənc oyunçulara daha talantlı və texniki cəhətdən sürətli olmağa mane olur.
Onun sözlərinə görə, bu siyasət yaxın 5 ildə öz nəticəsini göstərməyə başlayacaq: "Bizim burda gənc oyunçularımız var, onlar öyrənmək ərəfəsindədir. Lakin burda işlədiyim 10 il buna ümid etməyimə imkan yaradır".
Maraq üçün qeyd edək ki, bu yay "Sportinq"ə transfer olunan Budaq Nəsirovun komandasında da buna oxşar qadağa var. Belə ki, Lissabon təmsilçisi futbolçulara qırmızı rəngli butsda oynamağa icazə vermir. Buna səbəb kimi isə "Sportinq"in əzəli rəqibi olan "Benfika" klubunun qırmızı rəngdə forma geyinməsidir. (http://sportal.az/news/74462)
saytlarin hazirlanmasi