Tovuz Premyer Liqaya necə hazırlaşır? VİDEO

18:16 - 10 Oktyabr 2016

Dəfələrlə vurğulanıb ki, futbolu bölgələrə daşımaq lazımdır.  Millimizin və klublarımızın beyəlxalq oyunları istisna olmaq şərtiylə paytaxt azarkeş sarıdan ciddi əziyyət çəkir. Bölgələrdə isə vəziyyət fərqlidir. Komanda yaxşı çıxış eləsə, insanlar mütləq stadiona axışacaqlar.

 

Premyer Liqaya çıxmaq üçün oynayan “Turan” hesabat turunda “Səbail”i qəbul eləyib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Bu oyunun ən diqqət çəkən məqamı azarkeşlərlə bağlı olub.  “Turan”ı dəstəkləmək üçün stadiona 5 minə yaxın tovuzlu azarkeş gəlib.  

 

Sportal.az həmin görüntüləri təqdim edir. 

 

Xəbər xətti