Nadir Nəbiyev: "Bu oyunla Çexiya səfərindən nəsə gözləmək çətindir" MÜSAHİBƏ

00:32 - 11 Oktyabr 2016

Milli komandamzın sabiq futbolçusu və "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev Sportal.az saytına müsahibə verib.

 

- Millimizin Norveçlə oyununu izlədiniz?
- Mübarizlik var idi, uşaqlar çalışırdı. Amma oyun yox idi. Yaxşı oynadığımız oyunlar çox olub, amma nəticə əldə etməmişik. Bu dəfə fərqli oldu.

 

- Bu oyunla Çexiya səfərindən nə gözləmək olar?
- Yəqin ki, səfərdə başqa taktika oynayarıq. Komandada özünə inam hissi var. Çünki artıq 6 xalımız var. Məncə, bu oyunla Çexiya səfərindən nəsə gözləmək çətindir. Müdafiədə üstünlük verib, əks-hücumlarda oynamaq lazımdır.

 

- Millimizdə sistem görünür?
- Bir azarkeş kimi görmürəm. Ola bilər ki, baş məşqçinin öz taktikası var.  Müdafiə futbolu oynadıq, buna sistem demək olmaz. Rəqibə boşluq vermədik. Sırf nəticə üçün oynayırdıq.

 

- Milliyə çağırılan futbolçular haqda nə deyə bilərsiz? Sizcə, qıraqda qalan futbolçulardan kimləri dəvət etmək olardı?
- Belə deyək, artıq Premyer Liqamızda 8 klub var. 8 komanda arasında seçim aparmaq çətindir. “Neftçi” kimi komanda 6 xal toplayıbsa. Əsas olaraq nəticədir. Qrupda 6 xal toplamışıqsa, deməli, məşqçi seçimində düzgün edib.

 

- Norveçlə oyunda kimin oyununu bəyəndiniz?
- Fərdi olaraq deməzdim. Komanda şəklində yaxşı oynadıq. Müdafiədə diqqətli idik. Müdafiəçilirmiz yaxşı oynadı və səhvsiz çıxış etdilər. Rəşad Sadıqov, Qara Qarayev inamlı oynadılar. Ramil Şeydayev qarşılaşmaya daxil olanda nəsə etmək istəyirdi. Bir sözlə, hamı mübarizə apardı.

Xəbər xətti