DÇ-2018-in seçmə mərhələsində Azərbaycanı qəbul edəcək Çexiya millisinin yarımmüdafiəçisi Yan Şikora yerli mətbuata müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirmişik və 0:2 hesabı ilə məğlub olmuşuq. Bu gün bu nəticənin təkrarlanmasından qorxmursuz?
- Ciddi deyirsiz? Bu, həqiqətdir? Mən bu oyunu xatırlamıram. Məğlubiyyəti təsəvvür belə etmək istəmirəm.
- Almaniya ilə səfər oyununda komanda çox zəif təsir bağışlayırdı...
- Almaniya güclü komanda idi. Məğlub olsaq da, təcrübəmizi artırdıq. Azərbaycana qarşı daha motivasiya ilə oynayacağıq.
- Çıxış etdiyin “Slovan” klubu Avropa Liqasında Azərbaycanın “Qarabağ” komandası ilə eyni qrupda mübarizə aparır. Səfərdə onlara qarşı da oynamısız və qol vurmusuz. Az-çox nəsə öyrənmisiz?
- Yalnız kapitanları Rəşad Sadıqovu tanıyıram. O, bizi son anda 3 xaldan məhrum edən qolun müəllifi olmuşdu. “Qarabağ”ın digər futbolçuları isə ispan və braziliyalılar idi.
- “Qarabağ”ın müdafiə xəttində 3 futbolçu azərbaycanlı futbolçu çıxış edirdi və siz 10-cu saniyədə qol vuraraq rekorda imza atdınız. Bu gün eyni uğuru bacara bilərsiz?
- 10.69-cu saniyə (gülür). Dəqiqliklə xatırlayıram. Azərbaycanla oyunda bunu etsəm, gülməli olar.
- Azərbaycan millisi haqda nə məlumatın var?
- Qrupda 6 xal toplayıblar. Öz meydanlarında isə Norveçi məğlub ediblər. Heyətlərində yaxşı futbolçuları var. Xüsusilə də müdafiə xəttində etibarlıdırlar. Norveçin qapısına 1 zərbə endirdilər və qolla nəticələndi. Biz buna görə Azərbaycandan ehtiyatlı olmalıyıq.