Norveç millisinin yarımmüdafiəçisi Pal Andre Hellandın Sportal.az-a müsahibəsi:
- Millimizlə oyunda məğlub oldunuz...
- Biz belə bir oyun gözləmirdik, Azərbaycan bir şans qazandı və onu dəyərləndirdilər. Belə deyək, bəxtiniz gətirdi.
- Azərbaycan millisi 3 xal qazanmağa layiq idi?
- Məlumdur ki, bizim qrupda ən güclü komanda Almaniya millisidi, biz isə sadəcə 2-ci yer uğrunda mübarizə aparırdıq, hər ikimizin bu 3 xala ehtiyacı vardı. Amma uduzmağımız planlarımızı alt-üst etdi. Lakin hər şey həll olunmayıb. Növbəti oyunlarda yaxşı nəticələr qazanmalıyıq.
- Sizcə, Azərbaycan millisinə nə kömək oldu: müdafiə xətti yoxsa ev sahibi olmağı?
- Təbii ki, ev sahibi kimi sizin üstünlüyünüz var idi. Futbolçularınızın enerjisi yüksək idi, hər bir zərbəni qola çevirməyə çalışırdılar. Bizim üçün də bir qədər çətin keçdi oyun.
- Necə düşünürüsüz, bizim futbolçular bu qələbəni sizdən daha çox istəyirdilər?
- Xeyr elə düşünmürəm, sizin futbolçular tam heyətlə oyuna çıxmışdılar və stadion amili də özünü göstərirdi. Demək olar bütün yerlər dolu idi, hər şey sizin xeyrinizə idi.
- Azərbaycan millisində ən yaxşı oyunçu sizcə, kim idi?
- Təbii ki, bunu demək çətindir. Müdafiə xəttini vurğulamaq olar.
saytlarin hazirlanmasi