DÇ-2018-in seçmə mərhələsində Azərbaycanı qəbul edəcək Çexiya millisinin və "Bazel"in qolkiperi Tomaş Vaçlik yerli mətbuata müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Ostravada yerləşən “Vitkovitse” stadiounu bizə uğurludur. Sonuncu dəfə burda Serbiyanı 4:0 hesabı ilə darmadağın etmişik...
- Elə də bahalı stadion olmasa da, gözəldir. Tamaşaçı tutumu az olduğu üçün sırf futbol stadionlarına bənzəmir. Ümid edirəm ki, bu gün qrupda ilk qələbəmizi qazanacağıq və “Vitkovitse” bizə yenə uğurlu olacaq.
- Ostrava şəhərinə tez-tez gəlirsiz?
- Bura mənim üçün yad şəhər deyil, amma tez-tez gələ bilmirəm. Həyat yoldaşım, qardaşım və valideyinlərim burada yaşayır. Ostravanı çoxdan tərk etmişəm. Çexiyada Praqa şəhərində daha çox yaşamışam və "Sparta" klubunun şərəfini qorumuşam.
- Petr Çex millidən gedən sonra qapıda artıq sizsiz...
- Təbii ki, böyük məsuliyyətdir. Mən buna görə fəxr edirəm. Çexin necə qapıçı olduğunu hamımız bilirik. Milli üçün əlimdən gələni edəcəm.
- Qrupda iki oyuna bir xal toplamışıq. Bu gün qələbə əldə edəcəyinizə inanırsız?
- Uğursuz start oldu. İlk oyunda qalib gəlməli idik. Bu gün bunu bacarmalıyıq. Azarkeşlərin dəstəyilə 3 xalı qazanacağıq.
- Azərbaycanı necə məğlub etmək olar?
- Almaniyaya qarşı zəif oynadıq. Bunu təkrarlamaq olmaz. Fikrimcə, Azərbaycana erkən qol vurmalıyıq.
- Sizcə, onların hansı xüsusiyyətinə daha çox diqqət yetirmək lazımdır?
- Onların heyətində yaxşı futbolçular və çoxu avrokuboklarda çıxış edir. Deməli, təcrübələri var. 2 oyuna 6 xal və qapılarında qol görməyiblər. Azərbaycan millisinin müdafiə xətti etibarlıdır. Onlar bizə qarşı əks-hücumda oynayacaqlar. Diqqətli olmalıyıq.