“Azərbaycanda futbol ehtirası artır. Mənim əsas məqsədim futbolçularla məşğul olmaq və onların qələbə əzmini artırmaqdır”.
Sportal.az xəbər verir ki, bu sözlər yığmamızın çalışdırıcısı Robert Prosineçkiyə məxsusdur. O, böyük məşqçi olmağa ehtiyac duymadığını söyləyib:
“Heç kim təminat verə bilməz ki, sənin karyeran uğurlu olacaq. Məşhur futbolçu olmuşam, buna görə də böyük məşqçi olmağa ehtiyac yoxdur. Futbolçu kimi hər zaman qalib olmuşam. İstəyirəm ki, azərbaycanlı oyunçular da belə olsunlar”.
Futbolçu karyerasında da tez-tez siqaret çəkən Prosineçki zərərli vərdişindən söz açıb:
“Siqaret bir fəlakətdir. Mən onu ata bilmədim. Məşqçi kimi daha çox siqaret çəkirəm. Bunu mənə qadağan edən olmayıb. Çox əsəbiyəm”.
Robert Prosineçki “Yuventus”un hücumçusu Qonzalo İquaini donuz adlandırmağından danışıb:
“Burada şişirdiləsi heç nə yoxdur. Onu 90 milyon avro qarşılığında “Yuventus”a transfer etdilər. Bu, donuz üçün çox məbləğdir”.
Xorvatiyalı mütəxəssis ölkəmizdə istedadlı futbolçuların olduğunu vurğulayıb:
“Artıq bu ölkənin menatiletini bilirəm. Azərbaycan idman ölkəsidir. Burada istedadlı gənclər var. İfrastrukturun yaxşılaşdırılması üçün pul yatırlıb. Azərbaycanın əsas hədəfi AÇ-2020-nin final mərhələsinə yüksəlməkdir”.
saytlarin hazirlanmasi