Birinci Divizionda mübarizə aparan "Qaradağ Lökbatan" klubunda baş məşqçi istefası baş verib.
Sportal.az xəbər verir ki, lökbatanlıların baş məşqçisi Əfqan Talıbov vəzifəsindən istefa verib. Ardıcıl uğursuz nəticələr onu bu addım atmağa məcbur edib. Təcrübəli mütəxəssis 6-cı turda səfərdə "Şahdağ"a məğlubiyyətdən sonra postunu tərk edib.
Əldə etdiyimiz məlumata görə "Qaradağ Lökbatan" rəhbərliyi Talıbovun yerinə Böyükağa Hacıyevi gətirməyi düşünür.
saytlarin hazirlanmasi