"Turan Tovuz" və "Qaradağ Lökbatan" 1/8 final mərhələsində YENİLƏNİB

15:54 - 12 Oktyabr 2016

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək.

 

Sportal.az xəbər verir ki, 1/16 final mərhələsinin 2 oyunu ilə turninr start götürəcək. "Turan Tovuz" "Bakılı"nı 4:0 hesabı ilə darmadağın edib və 1/8 final mərhələsinə vəsiqə əldə edib. "Şəmkir" isə doğma meydanda "Qaradağ Lökbatan"a 1:2 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

 

"Turan Tovuz" 1/8 final mərhələsində "Zirə" ilə, "Qaradağ Lökbatan" isə "İnter"lə üz-üzə gələcək.

 

Azərbaycan kuboku
1/16 final
12 oktyabr (çərşənbə)
 

14:00. “Turan Tovuz”  - “Bakılı”  4:0

Qol: Rəhman Musayev, 27, 61, 68, Tuqay Alhüseynli, 71

Tovuz şəhər stadionu
 
14:00. “Şəmkir” – “Qaradağ Lökbatan”  1:2

Qollar: Şahin Balicani, 45 - Rüfət Məmmədov, 43, Bəxtiyar Soltanov 90+1

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

 

Xəbər xətti