DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisini qəbul edən Çexiya yığması 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyunla bağlı Çexiya millisinin qolkiperi Tomaş Vaçlik yerli mətbuata müsahibə verib.
- Yaxşı oynamadıq. Azərbaycan millisi müdafiədən oynadı. Bunu əvvəlcədən də bilirdik ki, belə olacaq. Qol şanslarımızı dəyərləndirə bilmədik. Təəssüf hissi keçiririk.
- Qələbə qazanmaq üçün nə çatmadı?
- Bizə 1 qol lazım idi ki, onu vura bilmədik. Bu hesab bizi qane etmir. Lakin Azərbaycan millisi bu nəticədən razıdır.
- 3 oyuna cəmi 2 xal...
- Bu, çox pis göstəricidir. Artıq Azərbaycandan 5 xal geriyik. Bunu aradan qaldırmalıyıq. Mütləq öz evimzidə Norveçə qalib gəlməliyik. Artıq xal itirməyə haqqımız yoxdur.
- Vəziyyətdən necə çıxmaq olar?
- Yalnız 1 qələbə kifayət edər. Bunu da Norveçlə oyunda edəcəyik.
- Sizcə, futbolumuz Azərbaycan futbolunun səviyyəsinə düşüb?
- Xeyr, bu fikirlə razı deyiləm. Biz Azərbaycan futbolunun səviyyəsinə düşməmişik. Yaxşı oyunçularımız var. Sadəcə bəxtimiz gətirmədi. Gənc futbolçularımız daim inkişaf edirlər. Komandamız yeni formalaşır.