Premyer Liqasında VIII turu çərçivəsində baş tutacaq "İnter” – "Qəbələ” oyunun başlama tarixi və saatı müəyyənləşib.
Sportal.az xəbər verir ki, çempionluğa iddialılar sırasında göstərilən komandaların oyunu oktyabrın 15-də baş tutacaq. "İnter Arena”da keçiriləcək oyun saat 16:00-da başlayacaq.
Qeyd edək ki, geridə qalan 7 turdan sonra "Qəbələ” 19 xalla turnir cədvəlində birinci, "İnter” isə 15 xalla ikinci pillədə qərarlaşıb.