Milli komandamızın DÇ-2018-in seçmə mərhələsində uğurlu startı UEFA-nın da diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytı yığma komandamızın qrupda inamlı çıxışı haqda xəbəri manşetə yerləşdirib. Qitə futbol qurumunun saytı ötən gecə keçirilən oyunları “İdeal Almaniya, məğlubedilməz Azərbaycan” başlığı ilə dəyərləndirib:
"Azərbaycan ilk iki oyunda qalib gəlməklə tarixi nəticə qazanmışdı. Ostrava şəhərindəki qolsuz heç-heçə və Kamran Ağayevin super oyunu Azərbaycana 1 xal qazandırdı".
Xatırladaq ki, seçmə mərhələdə San Marino və Norveçi məğlub edən millimiz Çexiya ilə səfərdə heç-heçə edib.
saytlarin hazirlanmasi