Yoahim Löv: "Qrupun "top oyunu" Bakıda Azərbaycana qarşı olacaq"

14:02 - 12 Oktyabr 2016

Almaniya millisinin baş məşqçisi Yoahim Löv yerli mətbuata maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, çalışdırıcı Azərbaycan yığması ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn il mart ayında keçiriləcək oyunu qrupun “top matçı” adlandırıb: 

 

“Azərbaycan təəccüblü komandadır. Qrupda artıq 7 xal toplayıblar. Azərbaycanın davamlı xallar qazanması maraqlıdır. Onlarla matç heç də asan olmayacaq. Martda bu komandaya qarşı çətin oyun keçirəcəyik. Qrupun “top oyunu” Bakıda Azərbaycana qarşı olacaq”.

Xəbər xətti