"Azərbaycan millisi bizə oynamaq üçün imkan vermədi" MÜSAHİBƏ

15:24 - 13 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisini qəbul edən Çexiya yığması 0:0 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyunla bağlı Çexiya millisinin yarımmüdafiəçisi Lukaş Droppa yerli mətbuata müsahibə verib.

 

- Seçmə mərhələdə 3 oyundan sonra qol vurmamışıq. Cəbəllütariq, San Marino və Andorra yığmaları isə bizdən fərqli olaraq qol vurublar ...
- Pis göstəricidir. Amma Azərbaycanla oyunda çoxlu qol şanslarımız oldu. İlk hissədə açıq-aşkar üstün idik, lakin fərqlənə bilmədik. Maksimum gücümüzü ortaya qoyduq, amma alınmadı. Bu uğursuzluqdan Norveçlə oyunda qurtulacağıq.

 

- Azərbaycanla oyunda xal itirdikdən sonra azarkeşlərin inamı azalıb...

- Təəssüflər olsun. Norveçlə oyunda tam fərqli olacağıq. Azərbaycan bizə oynamaq üçün imkan vermədi. Onlar yaxşı müdafiı olundular. Artıq Azərbaycan millisi də inkişaf edib. Norveçi də məğlub ediblər və 7 xalla qrupda 2-ci yerdə qərarlaşıblar.

 

- Millidə debüt oyunun necə alındı?
- Qol vurmaq üçün alışıb-yanırdım. İlk oyunum idi. Digər futbolçularla fərq var idi. Qol vursaydım, hər şey ürəyimcə olardı.

 

- Bu gedişlə DÇ-2018-in final mərhələsində kənarda qalacağıq?
- Xatırlayırsızsa, 2002-ci ildə Pavel Nedvedin çıxış etdiyi dövrdə yığmamız DÇ-2002-in final mərhələsindən qıraqda qalmışdı. Düzdür, həmin illəri yenidən yaşatmaq niyyətində deyilik. Mundiala yollanmaq bizim hədəfimizdir. Bizim komanda gəncdir. Mən şəxsən özümüzə inanıram. Sona qədər mübarizə aparacağıq. Bu nəsil daha güclü çıxış edəcək.

Xəbər xətti