Mats Hummels millimizi siyahıdan sildi

15:49 - 13 Oktyabr 2016

Millimizlə eyni qrupda qərarlaşan Almaniya yığması DÇ-2018-in seçmə mərhələsində öz meydanında Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra Almaniya millisinin müdafiəçisi Mats Hummels “Belfast Telegraph”a açıqlama verib. O, qrupdakı vəziyyətdən danışıb:

 

“Düşünürəm ki, Şimali İrlandiya qrupda 2-ci yer uğrunda mübarizədə əsas favoritdir. Həmçinin Çexiya yğmasını da deyə bilərəm, amma onların cəmi 2 xalı var. Bu isə Şimali İrlandiya millisi üçün yaxşı fürsətdir. Fikrimcə, San Marinonu qrupda bütün komandalar asanlıqla məğlub edə bilər. Şimali İrlandiya bizə qarşı yaxşı oynadı və iddialı komada olduqlarını sübut etdilər. Ümid edirəm ki, lider biz olacağıq və hazırda bizim vəziyyətimiz yaxşıdır”.

Xəbər xətti