Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.
Sportal.az xəbər verir ki, 8-ci turun iki oyunu keçiriləcək. Turun mərkəzi matçı “İnter Arena”da baş tutub. Burada paytaxtın “İnter” klubu “Qəbələ”ni qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Günün ikinci oyununda isə “Qarabağ” “Sumqayıt”ı qəbul edib və 3:0 hesablı qələbə qazanıb.
15 oktyabr (şənbə)
Azərbaycan Premyer Liqası, 8-ci tur
16:00.“İnter” – “Qəbələ” 1:1
Qollar: Ağabala Ramazanov, 48 - Sergey Zenyov, 69
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
“İnter Arena”
18:30.“Qarabağ” – “Sumqayıt” 3:0
Qollar: Migel Markos Madera, 42, İlqar Qurbanov, 44, Dino Ndlovu, 90
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
“Azərsun Arena"