Hüseyn Məhəmmədov: "Lazım olsa, meydana çıxmağa hazıram" MÜSAHİBƏ

16:11 - 15 Oktyabr 2016

Milli komandamızın sabiq qolkiperi və "Qaradağ Lökbatan"da məşqçi kimi çalışan Hüseyn Məhəmmədov Sportal.az-a müsahibə verib.

 

- Hüseyn Məhəmmədovun yenidən futbola qayıtdığı deyilir. Bu həqiqətdir?

- Yox. Mən komandaya kömək etmək üçün oradayam. Akademiyada çalışıram. Oynayacağımla bağlı söhbətlər həqiqətə uyğun deyil. Yanlış anlaşılma olub. Oynamaqla bağlı problemim yoxdur. Lazım olsa, idi meydana da çıxardım. Sadəcə indi komandanı çətin vəziyyətdən çıxarmaq üçün rəhbərlik məsləhət gördü ki, futbolçuların yanında olum. Mən də onlara əlimdən gələn dəstəyi verməyə çalışıram. Öz təcrübəmi qapıçılarla bölüşüb, məsləhətlər verirəm.

 

- "Qaradağ Lökbatan"dan ayrılan məşqçisi Əfqan Talıbov bildirdi ki, "Şahdağ"la oyunda adınızı sifariş ərizəsinə salmaq istəyirdilər. Bu doğrudur?

- Əgər lazım olsa, çətin vəziyyət yaranarsa, yəni digər qapıçıların problemi olsa, mən meydana çıxmağa hazıram. Bu gün qapıda durmağı bacararam. Fiziki durumum qaydasındadır. Hər gün məşq edirəm, veteran futbolçularla tez-tez futbol oynayırıq.

 

- Yenidən futbola qayıtmaq fikrin var?

- Açığı elə bir fikrim yoxdur. Mənim məqsədim gənc, perspektivli qapıçılara dəstək olmaqdır.

 

- İndiki yerli qapıçılara baxanda öz yoxluğunuzu hiss edirsiz?

- Hərdən elə təəsüratlar yaranır. İstedadlı gənc qapıçılarımız çoxdur. Amma bəzən düşünürəm ki, kaş mən də o yaşda olaydım. İndi qapıçılara baxanda bir az təəssüflənirəm. Mən cavan olsaydım, onlardan fərqli olaraq daha çox çılğın, istəkli, olardım, oyunu idarə edərdim. Bu baxımdan qapıçılarda zəiflik var, liderlik edə bilmirlər. İstəyərdim ki, 20 yaşım olsun, meydanda özümü o cür göstərim.

 
- Premyer Liqadan ən çox bəyəndiyiniz qapıçı kimdir?

- "Qarabağ"ın qapıçısı İbrahim Şehiçi bəyənirəm. Yerlilərdən Anar Nəzirov yaxşıdır.

 

- Şehiçlə Bezotosnını müqayisə etsəz, üstünlüyü hansına verərsiz?

- İkisi də yaxşı qapıçıdır. Amma Şehiç mənə daha xoş təəssürat bağışlayır. Ayaqla çox oynaması, özünəinamı komandaya yaxşı təsir edir. Şehiç meydanda Bezoyosnudan daha aktivdir.

 

- Amma "Qəbələ"nin qolkiper uzun müddətdir ki, Premyer Liqada qol buraxmır...

- "Qəbələ" bu il çox yaxşı çıxış edir. Bu da istər-istəməz qapıçıya da təsir edir. Çempionat uzun marafondur, bundan sonra necə olacağını heç kəs bilmir. İndidən deyə bilmərik Şehiç çox qol buraxacaq, yoxsa Bezotosnı. Mən məsələyə peşəkar baxımdan yanaşıram. Bezotosnının oyunu Şehiçin oyunundan fərqlənir. Şehiçin ayaqla etibarlı oynamağı, meydanda aktivliyi var. Bezotosnı da təcrübəlidir, yaxşı qapıçıdır. Sadəcə olaraq Şehiç ondan daha üstündür, müasir futbolun tələblərinə uyğundur. Avropada qapıçılar bu gün daha akivdir. Mən buna görə Şehiçin üstün olduğunu deyirəm.

 

Xəbər xətti