Dino Ndlovu: "Bu gün vurduğum qol daha önəmli idi" MÜSAHİBƏ

22:00 - 15 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində baş tutan "Qarabağ” – "Sumqayıt” (3-0) oyunundan sonra meydan sahiblərinin hücumçusu Dino Ndlovu Sportal.az-ın suallarını cavablandırıb:

 

- Oyun haqda nə dəyə bilərsən?
- Bilirdik ki, meydançada nə etmək lazmıdı. Məncə, lazım olanları yerinə yetirdik. Ən önəmlisi 3 xalı qazanmaq idi. 
 
- Adətən hücumçuların ayağının açılması üçün 1 qol lazım olur. Düşünmək olarmı ki, bundan sonra qolları sıralayacaqsan... 
- Mən daha əvvəl "Fiorentina”ya da bir qol vurmuşdum. Ancaq bu gün vurduğum qol daha önəmli idi. Ancaq vacib olan mənim vurduğum qol yox, komandanın qalib gəlməsi idi. 
 
- Bir müddətdir ki, "Qarabağ”dasan və qol vura bilmirdin. Həmin müddətdə gərginlik yox idi?
- Mənim hücumçu kimi vəzifəm budu. Məni "Qarabağ”a buna görə dəvət ediblər. Hər-hansı oyunda yaxşı oynasam və qol vurmasam məyus oluram. Ancaq bu gün işimin öhdəsindən gəldim.  
 
- Qarşıda sizi PAOK-la çətin oyun gözləyir. Hazırsınızmı?
- Bu gün "Sumqayıt”la oynayırdıq.  Sabahdan etibarən PAOK-la oyunun məşqlərinə başlayacıq və sabahdan Yunanıstan klubu haqda düşünəcik.
 
- "Fiorentina” və "Qəbələ”yə məğlubiyyətlərdən sonra əksəriyyəti "Qarabağ”da eniş başladığını fikirləşirdi. Həqiqətən də belə idi?
- Məğlubiyytlər olanda hər kəs danışır. Ancaq "Fiorentina” ilə oyunda 1 qırmızı vərəqə gördük və onun nəticəsində məğlub olduq. "Qəbələ” ilə oyunda isə şansımız gətirmədi. Ancaq bunları müsbət cəhətdən fikirləşmək lazımdı ki, gözümüzü açıb səhvlərimizi görürük və növbəti oyunlara daha ciddi yanaşırıq. 

Xəbər xətti