"Neftçi" və AZAL yenə uduzdu YENİLƏNİB

20:23 - 16 Oktyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçirilib. Günün ilk matçı Şüvəlanda oynanılıb. AZAL doğma meydanda "Kəpəz"ə 0 - 1 hesabı ilə məğlub olub.

 

“Zirə” isə öz meydanında “Neftçi”ni qəbul edib. Meydan sahibləri bu qarşılaşmada 2 - 0 hesabı ilə qələbə qazanıb. 

 


Azərbaycan Premyer Liqası, 8-ci tur
16 oktyabr (bazar)

 

16:00 AZAL - “Kəpəz”  0:1

QOL: Julian Ebah, 83
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
“AZAL Arena”

 

18:30 “Zirə” - “Neftçi” 2:0 

QOL: Yovan Krneta, 43 (pen), Adil Nağıyev, 50

Qırmızı vərəqə: Rahil Məmmədov, 46

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti