Yunanıstan Super Liqasının 5-ci turunda PAOK "İraklis"i 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra PAOK-un hollandiyalı hücumameyilli yarımmüdafiəçisi Dieqo Bisesvar açıqlamasında "Qarabağ"a qarşı keçirəcəyi oyundan da danışıb:
"Çempionatda məğlub olmamışıq. Daha üst yerlər uğrunda mübarizə aparırıq. Avropa Liqasında "Qarabağ"la keçirəcəyimiz oyunu fikirləşməliyik. Bizim üçün çətin səfər olacaq. Bu görüş qrupun vacib oyunu olacaq. Çünki rəqib də bizi kimi, növbəti mərhələni fikirləşir. "Qarabağ"ın heyətində yaxşı futbolçular var. 1 xal bizim üçün yaxşı nəticə sayıla bilər, amma Bakıya qələbə üçün gedirik".
Qeyd edək ki, "Qarabağ" - PAOK qarşılaşması oktyabrın 20-də, saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi