Milli komandamızın çalışdırıcısı Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan 3 oyundan sonra 7 xal topladı və bu, təəccüblə qarşılandı...
- Azərbaycanlılar fenomenal insanlardır! Karyeramda belə bir şey görmədim. İnanın, cəfəngiyyat deyil. Onlarla işləmək mənə zövq verir. Onlarda qələbə əzmi var. Mübarizə aparmağı, döyüşməyi sevirlər.
- Necə oldu ki, Azərbaycan millisinin baş məşqçisi oldunuz?
- Azərbaycan yığması Xorvatiyaya 6:0 uduzduqdan sonra Berti Foqtsla yolları ayırmışdı. Onlara gənc mütəxəssis lazım idi. Mənə təklif gələndə, çox düşünmədim. Özümü çətin tapşırığa hazır sayırdım.
- Berti Foqtsun işi ilə bağlı nə söyləyə bilərsiz?
- Foqts dünya futbolunun tanınmış simalarından biri olub. O, 1996-cı ildə Almaniya ilə Avropa çempionluğu yaşayıb. Amma o məndən fərqli olaraq, Azərbaycan çempionatının oyunlarına getmirdi. Ancaq mən bütün matçları stadiondan izləyirəm, bütün futbolçuların çıxışına canlı şahid oluram. Eddi İsrafilov “Kadiz”, Kamran Ağayev “Boavişta”da çıxış edir. Dmitri Nazarov Almaniyada oynayır və digər azərbaycanlı futbolçular artıq Avropaya ayaq açır.
- Seçmə mərhələyə uğurlu başlayacağını gözləyirdiniz?
- Ötən tsiklda Norveç və Xorvatiyaya qarşı yaxşı oynamışdıq və uduzmamışdıq. İnanırdım, çünki bizdə potensial var. San Marinonu məğlub etməklə uğurlu start verdik. Bundan sonra ardını gətirməli idik. Norveçlə qalib gəldiyimiz oyunda Azərbaycanın prezidenti İlham Əliyevin xanımı və ailə üzvləri də stadionda idi. Artıq yığmaya inananların sayı çoxdur. Bir neçə gün əvvəl Çexiya ilə oyunda heç-heçə etdik. Bütün ölkə bizim nəticələrimizdən danışırdı. Qrupumuz çətindir, güclü komandalar var. Amma nzərə alın ki, bizim məqsədimiz AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdır. Hazırda Belfastda Şimali İrlandiyaya qarşı keçirəcəyimiz oyunu düşünürük. Bizə çətin olacaq. AÇ-2016-da onların görüşünü canlı izləmişəm. Biz onlardan bir çox komponentlərdə geriyik. Amma çox da zəif dəyilik.
- Azərbaycanlı futbolçular daha çox sovet məktəbinə yaxındırlar, yoxsa Türkiyə mentalitetinə?
- Azərbaycanlı futbolçular mübarizə aparmağı və döyüşməyi sevir. Azərbaycan son olimpiadada boks, cüdo və güləşdən medallar qazandı. Döyüşkəndirlər, enerjiləri çoxdur. Azərbaycanlı futbolçularla işləmək zövq verir. Mən optimist insanam.
- Almaniya ilə rəqabət aparmağınız mümkündür?
- Xeyr, bu mümkün deyil. Onlar 3 oyuna 8 qol vurublar və qapılarında qol görməyiblər. Almaniyanın usta futbolçuları var və şbizim ansımız yoxdur. Onlara qol vurmaq çox çətin işdir, çünki qapılarını dahi Manuel Noyer qoruyur.
- “Kayserispor”la uğrulu nəticə qazandıqdan sonra “Beşiktaş”dan gələn təklifi rədd etdiniz...
- “Kayserispor”la 5-ci yeri tutmuşduq, amma “Beşiktaş”ın təklifini geri çevirdim. Səhvə yol verdim. Həyat özü bir məktəbdir. Mən gənc məşqçiyəm. Zaman keçdikcə təcrübəm artır. Özümə güvənirəm.
- Klubda işləmək çətindir, yoxsa yığmada?
- Bunlar çox fərqlidir. Yığmada ölkəni təmsil edirsən, təzyiq daha çox olur. Millini çalışdıranda 15 günlük toplanışda, ancaq həyəcan keçirirsən. Klubda isə futbolçularla daha çox işləyirsən.
- Cavid Hüseynov azadlığa çıxıb. Onun hekayəsini bizə danışa bilərsiz?
- Necə oldu? Deməli, “Qəbələ” Avropa Liqasında Kipr klubu ilə qarşılaşırdı. Oyundan sonra Cavid qələbəni Türkiyə bayrağını dalğalandıraraq qeyd etdi. Kiprli jurnalist ondan bunun səbəbini soruşub və Cavid türklərlə dost olduğunu qeyd edib. Səhəri gün isə jurnalistlərdən biri onu bu cavaba görə tənqid etmişdi. Söhbət beləcə böyümüşdü və Cavidin qohumları həmin junalisti öldürmüşdülər. Cinayətkarlar hamısı həbs edilib. İndi Cavid azadlıqdadır. Çox yaxşı futbolçudur. İnanıram ki, formasını bərpa edəcək.