Azərbaycan Premyer Liqasının 8-ci turunu stadiondan izləmiş tamaşaçı sayı bəlli olub.
Sportal.az xəbər verir ki, ən çox azarkeş “İnter” - “Qəbələ” oyununda qeydə alınıb. “İnter Arena”dakı keçirilən matçı (1:1) cəmi 700 azarkeş izləyib.
“AZAL Arena”da keçirilmiş AZAL - “Kəpəz” matçında (0:1) ən turun ən az azarkeş sayı kimi qeydə alınıb. Şüvəlandakı oyunu 300 nəfər tribunalardan izləyib.
Turun digər iki oyununda isə eyni sayda azarkeş qeydə alınıb. Həm Zirə İdman Kompleksinin stadionundakı “Zirə” - “Neftçi” (2:0), həm də “Azərsun Arena”da baş tutmuş “Qarabağ” - “Sumqayıt” (3:0) qarşılaşmasında 500 tamaşaçı qeydə alınıb.
Ümumilikdə turun 4 oyununu 2000 azarkeş tribunalardan izləyib ki, bu da, hər oyuna orta hesabla 500 azarkeş deməkdi.
Xatırladaq ki, bu, cari mövsümdə qeydə alınmış ən aşağı göstəricidi. Bunadək ən aşağı göstərici 1-ci turda qeydə alınmışdı. Mövsümün ilk turunu cəmi 3850 (orta hesabla 962) tamaşaçı izləmişdi.
saytlarin hazirlanmasi