"Qarabağ"ın futbolçusu: "Belə vəziyyətlərdə tələsməyi sevmirəm" MÜSAHİBƏ

13:20 - 18 Oktyabr 2016

"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Bakıdakı həyata uyğunlaşa bilirsiz?
- Mən heç vaxt uyğunlaşma prosesindən şikayətlənməmişəm. Hər şey qaydasındadır. Hər zaman mübarizəyə hazıram.

 

- Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?
- Bir o qədər də pis deyil. 8 komanda mübarizə aparır, amma bu ötən mövsüm 10 olub. Klubların sayının nə səbəbdən azalmasından xəbərim yoxdur. 

 

- Kipr liqasından nə fərqi var?
- Elə də böyük fərq yoxdur. Ötən mövsüm böyük tarixi olan “Anortosis”də çıxış etdim. Çox qol vurdum, amma heç gümüş medal uğrunda belə mübarizə apara bilmədik. Hazırda çıxış etdiyim “Qarabağ” klubu son illər Azərbaycanda dəyişməz çempiondur. Avropa Liqasında çıxış edirik. Hədəflərimiz yüksəkdir.

 

- Ötən mövsüm Kiprdə xarüqələr yaradırdız və çoxlu qollar vurduz. Bu mövsüm hədəfini nədir?
- Uğurlu çıxışa davam etmək və ən azı həmin statistikanı təkrarlamaq istəyirəm. Mənim hədəflərim heç vaxt dəyişmir. 

 

- Azərbaycandan Avropanın ən güclü 5 liqasına ayaq aça bilərsiz?
- Belə vəziyyətlərdə tələsməyi sevmirəm. Zamanı gözləmək lazımdır, öncədən danışmaq yaxşı deyil.

 

- Cənubi Afrika millisinə də artıq dəvət almırsız. Artıq yerinizi itirmisiz?
- Bunun səbəbini bilmirəm. Hazırki vəziyyət ideal deyil. Millidə Braziliyaya qarşı keçirdiyim oyun yadımdadır, yaxşı çıxış etmişdim. Amma daha sonra zədələnərək meydanı tərk etmişdim. Mən hər zaman çalışıram, mübarizə aparıram. Özümü hazır sayıram. Düşünürəm ki, istedadım milli komandaya faydalı ola bilər. Ölkə xaricində yaxşı təcrübə qazanmışam. Avropa futbolunun mentaliteti tam fərqlidir.

Xəbər xətti