AFFA-dan "İnter"ə 800, "Neftçi"yə 200 manatlıq cərimə

13:49 - 18 Oktyabr 2016

İntizam Komitəsinin iclası keçirilib.


Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın oyunları ilə əlaqədar aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 8-ci turunun “İnter” - “Qəbələ”matçında “İnter”in 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının 8-ci turunun “Zirə” - “Neftçi” matçının 47-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rahil Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Xəbər xətti