Bu gün "Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində növbəti matçına çıxır.
Sportal.az xəbər verir ki, təmsilçimiz bu mərhələnin cavab oyunu çərçivəsində səfərdə “Dinamo” (Moskva, Rusiya) ilə qarşılaşacaq.
Xatırladaq ki, bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda Rusiya təmsilçisi 2:0 hesabıyla qələbə qazanmışdı.
Qeyd edək ki, Ximkidəki “Rodina” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
Cavab oyunu, 19 oktyabr
19:00. “Dinamo” - “Qəbələ”
Hakimlər: Dumitru Muntyan, Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova).
Hakim-inspektor: Yuri Baskakov (Rusiya).
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan).
Ximki. “Rodina” stadionu.
İlk oyun: 2 - 0.
saytlarin hazirlanmasi