Ronaldinyo Bakıda FOTO

23:12 - 19 Oktyabr 2016

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu futbolçu "facebook" səhifəsində "Bakıda ilk günüm" sözlərini yazaraq fotosunu paylaşıb. Onun Bakıya hansı səbəbdən gəlməsi hələ ki, məlum deyil.


Qeyd edək ki, Ronaldinyo ötən günlərdə "Barselona" klubunun dünya üzrə səfiri təyin olunub. O, “Barselona”ya bütün dünyada yeni bazarlar tapmaqda, komandanın imicinin yüksəldilməsində yardım edir.

 

 

Xəbər xətti