FİFA-nın reytinq cədvəli açıqlandı: Millimizdən fantastik irəliləyiş

12:30 - 20 Oktyabr 2016

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ötən ayla müqayisədə 45 pillə irəliləyən Azərbaycan milli komandası 404 xalla 88-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, milli komandamız tarixində heç vaxt bu qədər böyük irəliləyişə nail olmamışdı.

 

Komandamızın bu uğuruna DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə matçlardakı uğurlu nəticələr səbəb olub.

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya 2-ci (+1), Şimali İrlandiya 36-cı (-6), Çexiya 40-cı (-7), Norveç 81-ci (-11), San Marino isə 201-ci (0) pillədə qərarlaşıb.

Xəbər xətti