Yunis Hüseynov: "Bizdə çempionat var, bu nə çempionatdı?"

20:47 - 20 Oktyabr 2016

Azərbaycanın tanınmış məşqçilərindən olan Yunis Hüseynov apasport.az saytına müsahibə verib.
 
Sportal.az xəbər verir ki, o, müsahibə zamanı Premyer Liqa haqda çox sərt tənqidi fikirlər səsləndirib:

 

"Bizdə çempionat var ki? 8 komandalı çempionatdan nə danışaq? Bu nə çempionatdı? Mətbuatı izləyirəm, bəziləri deyir ki, çempionatımız yüksək səviyyədə keçir, gərginlik çoxdu. Amma mən bunları görmürəm. 8 komandalı çempionatda nə səviyyə artacaq, nə də gərgin mübarizə olacaq. Demək olar ki, bütün oyunlar Bakıda keçirilir. Elə bil Bakı çempionatıdı. “Kəpəz” – “Qarabağ” oyununda azarkeş çox idi. “Kəpəz” də Gəncədə azarkeşlərinin dəstəyi sayəsində mübarizə aparıb, rəqibindən xal aldı. Rayonlarda futbol olsa, o zaman inkişafdan danışmaq olar. Bakıda hansı oyuna azarkeş gedir? Futbola azarkeşlər gözəllik qatır. Azarkeş də rayonlarda olacaq, Bakıda yox. Bakıdakı oyunlar zamanı diqqət yetirin, futbolçularda motivasiya yüksək səviyyədə olmur. Digər tərəfdən, təzyiq hiss etmədikləri üçün rahat olurlar. Bir sözlə, çox zəif çempionat keçir".

 

Xəbər xətti