Avropa Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ” PAOK-u qəbul edib. Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekublaşıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra PAOK-un baş məşqçisi Vladimir İviç jurnalistlərin suallarını cavablandırıb:
- Məğlubiyyətdən başqa sizə təsir edən amillər oldu?
- İlk dəqiqədən istədiyimiz oyunu qura bilmədik. Buna görə də məğlubiyyətlə üzləşdik. Belə nəticəni gözləmirdik. Heç nə gözlədiyimiz kimi olmadı. Buna baxmayaraq səhvlərdən nəticə çıxarıb yolumuza davam edəcəyik.
- Komandanın oyunu alınmırdı. Bunun səbəbi nədir?
- İlk hissədə daha yaxşı oynadıq. Hətta qol vəziyyətlərimiz də oldu. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Rəqibin müdafiəçiləri də futbolçularımıza qarşı diqqətli oynadılar. Bu da hücumçularımız üçün çətinlik yaraddırdı. Məğlubiyyətin səbəbkarı mənəm. Qrupdakı vəziyyətimiz öz əlimizdədir. Növbəti oyunlarda daha yaxşı oynayacağıq.
- Bisevarın əsas heyətdə olmamasının səbəbi nədir?
- Son 3 oyunda onun çıxışı məni qane etməyib. Ona görə də bu gün onu start heyətdə meydana buraxmadım.
- Komandanızda qələbə istəyi hiss olunmurdu. Bunun səbəbi nədir?
- Futbolçuların istəkli olmamasına heç cür bəraət qazandıra bilmirəm. İlk dəfədir ki, komandam belə çıxış edir. Oyunumuz alınmadı.
- PAOK qrupda nəyə ümid edir?
- Çox çətin qrupdayıq. “Qarabağ” və “Fiorentina” ilə eyni qrupda olmaq işimizi çətinləşdirir. Hər şey özümüzdən asılıdır. Növbəti oyunlarda qələbə qazanıb qrupdakı vəziyyətimizi düzəltməyə çalışacağıq.
saytlarin hazirlanmasi