Azərbaycan Premyer Liqasının 9-cu turu davam edir.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha bir görüş baş tutub. Çempionatın aşkar autsayderi AZAL doğma meydanda “Zirə”ni qəbul edib. Matç 1 - 1 hesablı bərabərliklə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
9-cu tur
24 oktyabr (bazar ertəsi)
16:00 AZAL – “Zirə” 1:1
QOLLAR: David Canalidze, 64 - Sezar Meza Kolli, 25 (pen.)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
“AZAL Arena”