Qurban Qurbanov 155 pillə irəlilədi

15:48 - 24 Oktyabr 2016

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adıları var.

 

Ötən cədvəldə 734-cü pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 155 pillə irəliyərək 579-cu yerə yüksəlib (1026 xal).

 

“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə 4 pillə geriləyib. O, aktivindəki 969 xalla 600-cüdür.

 

Siyahıya isə “Barselona”nın çalışdırıcısı Luis Enrike başçılıq edir. Onun aktivində 17644 xal var. 2-ci yerdə 14586 xalla Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone qərarlaşıb. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə 13640 xalla 3-cüdür.

Xəbər xətti