Azərbaycan Premyer Liqasının 9-cu turunu stadionlardan nə qədər azarkeşin izlədiyi məlum olub.
Sportal.az xəbər verir ki, turun rekordu Gəncə şəhər stadionunda qeydə alınıb. Burda baş tutmuş “Kəpəz” - “İnter” oyununu (0:0) 10650 tamaşaçı tribunalardan izləyib.
Turun antirekordu isə Şüvəlanda qeydə alınıb. “AZAL Arena”da baş tutmuş AZAL - “Zirə” matçında (1:1) cəmi 200 azarkeş qeydə alınıb.
8-ci km stadionunda baş tutmuş “Neftçi” - “Qarabağ” oyununu (0:2) 1500 tamaşaçı izləyib. “Sumqayıt” - “Qəbələ” matçında (2:2) isə 1250 tamaşaçı qeydə alınıb.
Ümumilikdə turun 4 oyununu 13600 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 3400 azarkeş deməkdi. Bu, cari mövsümdə qeydə alınmış ikinci ən yüksək nəticədi.
saytlarin hazirlanmasi