Ötən gün Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində baş tutan "Neftçi” – "Qarabağ” oyununda biabırçı hal yaşandı. Belə ki, "Neftçi”nin futbolçusu Katalin Tira matçın son dəqiqələrində meydana daxil olan "Neftçi” azarkeşini döydü.
Sportal.az xəbər verir ki, rumıniyalı futbolçu etdiyi hərəkətə görə peşmandı. O, bu barədə sosial şəbəkədəki hesabında məlumat yayıb və hər kəsdən üzr istəyib: "Mən dünənki hadisəyə görə üzr istəyirəm. Mənim düşüncəm yalnız komanda yoldaşımı qorumaq idi! Bilmirdim ki, bizim azarkeşimizdir... Elə bildim ki, "Qarabağ"ın azarkeşidir. Üzr istəyirəm!”.
Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Katalin Tiranın bu hərəkətinə görə komandadan uzaqlaşdırılacağını bildirib.
saytlarin hazirlanmasi