"Qəbələ" "Neftçi"ni, "Qarabağ" AZAL-ı məğlub etdi YENİLƏNİB

18:54 - 29 Oktyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə liderlər autsayderlərlə qarşılaşacaq. Turnir cədvələnin ilk pilləsində qərarlaşan “Qəbələ” son vaxtlar yaxşı günlərini yaşamayan “Neftçi”ni qəbul edəcək. İlk dövrədə rəqibinə 8 cavabsız qolla qalib gələn "qırmızı-qaralar" bu görüşdə də favoritdir.

 

Digər oyunda isə “Qarabağ” AZAL-ın qonağı olacaq. Son pillədə qərarlaşan meydan sahibləri ilk dövrədə Ağdam təmsilçisinə 0:6 hesabı ilə uduzub.

 

29 oktyabr 

Azərbaycan Premyer Liqası

X tur

 

15:00. “Qəbələ” – “Neftçi”  4:1

Qol: Sergey Zenyov, 12, 59, Asif Məmmədov, 62, Rəşad Eyubov, 77 - Araz Abdullayev, 49
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov 
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
 

17:00. AZAL – “Qarabağ” 0:1

QOL: Muarem Muarem, 63
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”

Xəbər xətti