Tərlan Əhmədov: "AZAL-ın imkanı çatmasa, öz hesabıma hücumçu alacam"

19:00 - 29 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının X turunda AZAL öz meydanında "Qarabağ”a məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra "təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib: 


- Oyun haqda çox danışmağa çətinlik çəkirəm. “Qarabağ”a qarşı müdafiədən oynamalıyıq. İlk hissədə daha yaxşı oynadıq. Ani diqqətsizlikdən qol buraxdıq. Rəqibi təbrik edirəm. Yenə deyirəm, hücum xəttində problemimiz var. Öndə top saxlaya bilmirik. Əgər AZAL-da qalsam, qış fasiləsindən sonra mütləq hücum xəttini gücləndirəcəyik. Futbolçulara iradım yoxdur. Əzmkarlıq göstərdilər. Gücümüz buna çatır.

 

- AZAL-ın imkanı çatacaq hücumçu almağa?

- AZAL-ın imkanı çatmayacaqsa, öz imkanımla futbolçu alacam. Əgər belə davam edəcəksə, gərək indidən I Divizionu fikirləşək.

Xəbər xətti