Premyer Liqanın 10-cu turu çərçivəsində "Qarabağ" səfərdə AZAL-ın qonağı olub.
Sportal.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 1 - 0 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavabındırıb:
- Çempionatın ən vacib 3 xalından birini qazandıq. Bu stadionda oynamaq həmişə ağır olub. Buna görə də səhvlərimiz oldu. Amma buna baxmayaraq qələbə qazandıq. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. AZAL-a gəlincə, komanda günü-gündən güclənir. AZAL-a uğurlar arzu edirəm.
- Reynaldo və Miçel PAOK-a qarşı oynaya biləcək?
- Reynaldo və Miçel komanda ilə cəmi bir dəfə məşq ediblər. Həkimlərin fikri ilə qərar verəcəyik. Oynayıb-oynamayacaqları qarşıdakı günlərdə məlum olacaq. Bu gün Miçeli oynatmaq istəyirdim, amma həkimlər icazə vermədilər. Yəqin ki, PAOK-la oyunda adları iştirak ərizəsində olacaq.
saytlarin hazirlanmasi