Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ” səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra "Qarabağ”ın futbolçusu Maksim Medvedev fikirlərini bildirib:
"Bu gün çempionatın ən vacib oyunlarından birinə çıxmışdıq. Bilirdik ki, rəqib bizə oynamağa imkan verməyəcək. AZAL-ın aqressiv futbol oynadığını da bilirik. Bizdə çox şeylər alınmırdı. Sonda Dani ustalıq səviyyəsini nümayiş etdirdi və Muaremə yaxşı ötürmə verdi. Muarem isə öz növbəsində qol vurmağı bacardı. Hesabda önə keçdikdən sonra, oyunumuz bir qədər sakitləşdi, tələsik oynamırdıq. Yəni, öz oyunumuzu oynayırdıq”.
- Bu gün 1:0 hesablı qələbə qazandınız. Bunu arxayınçılıqla əlaqələndirmək olar?
- İlk dövrədəki oyunda AZAL-a qarşı başqa heyətlə oynayırdıq.Həm də,ilk dövrədəki maçtda ot örtüyü yaxşı vəziyyətdə idi.Bun böyükhesablı məğlubiyyətlər istənilən komandaya təsir edir. Rəqib çox çirkin futbol oynayırdı və biz özümüzü qorumağa çalışırdıq.Çünki gələcəkdə önəmli oyunlarımız var.
- Komanda PAOK-la oyuna nə dərəcədə hazırdı?
- Sabahdan PAOK-la oyunun hazırlıqlarına başlayacıq. Komandada əhval-ruhiyyə yaxşı vəziyyətdədi. Zədəlilərimiz də qayıdır, ancaq Rəşad Sadıqovun durumu sual altındadı. İnanıram ki, Rəşad da oynayacaq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, PAOK-la oyunda layiqli mübarizə apara biləcik.
- İlk oyunda PAOK üzərində qələbə qazandınız, arxayınçılıq yoxdu?
- Rəqib öz meydanında, öz azarkeşləri qarşısında oynayacaq. Biz oyuna yalnız qələbə üçün çıxacağıq. Bizi orda bəzi sürprizlər də gözləyə bilər.
- Saloniki atmosferi sizə təsir etməyəcək?
- Mən inanmıram. "Borussiya”ya qarşı oynamışıq və böyük klubların azarkeşlərini də görmüşük. Artıq azarkeşlər bizi qorxutmur.Salonikidə özümüzü evimizdəki kimi hiss etməyə çalışacağıq.
- Səfərdən 1 xalla qayıtmaq sizin üçün sərfəli nəticədi?
- Bəli. Məncə, uğurlu nəticə saymaq olar.