Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.
Sportal.az xəbər verir ki, günün ilk oyununda "Zirə" döğma meydanında "Kəpəz"i sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci görüşündə "İnter" və "Sumqayıt" "İnter Arena"da üz-üzə gəlib. Bu matç da ev sahiblərinin 3 - 1 hesablı qələbəsi ilə yekunlaşıb.
30 oktyabr
Azərbaycan Premyer Liqası
X tur
14:00.“Zirə” – “Kəpəz” 2:0
Qol: Cavid Tağıyev, 69, Elvin Məmmədov, 82 (pen.)
Qırmızı vərəqə: Tural Axundov, 69 ("Kəpəz")
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksi
16:00.“İnter” – “Sumqayıt” 3:1
Qol: Zurab Xizanişvili, 21, Nizami Hacıyev, 55, 80 - Mirabdulla Abbasov, 3
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
"İnter Arena"