Azərbaycan Premyer Liqasının X turunda "Zirə” öz meydanında "Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.
Sportal.az Futbol11.az-a istinadən xəbər verir ki, oyundan sonra "Zirə”nin baş məşqçisi Adil Şükürov fikirlərini bildirib:
- Çox döyüşkən komandaya qarşı oynadıq. Özümüzü xoşbəxt sayırıq. Belə bir şəraitdə futbol oynamaq azarkeşlərə ürək açıqlığı verir. Futbolçulara təşəkkür edirəm.
- Cavid Tağıyevi oyunun qəhrəmanı hesab etmək olar?
- Futbol komanda oyunudu. Cavidin qol vurması üçün bütün futbolçular əziyyət çəkirlər. Bu gün bütün komandanı qəhrəman hesab edirəm.
- Oyunun gedişi zamanı iki futbolçunuz zədələndi. Bunu süni örtüklü meydançalarla əlaqələndirmək olar?
- Oyundan əvvəl Proqninin əzələsində yüklənmə var idi. Ancaq Proqnini belə tez əvəzləməyi düşünmürdüm. İnşallah tezliklə komandaya qayıdarlar.
- "Zirə”nin futbolçuları hava toplarında mübarizə apara bilmirlər. Bu məsələ sizi nə dərəcədə narahat edir?
- Biz özümüz bilirdik ki, "Kəpəz” futbolçuları hava toplarında yaxşı oynayırlar. Bu, bizim üçün böyük problemdi. Qarşıda uzun çempionat var və bunu aradan qaldırmağa çalışacağıq.