10-cu turun oyunlarını neçə azarkeş izlədi?

10:10 - 31 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 10-cu turu üçün azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turun rekordu Qəbələdə qeydə alınıb. 1500 azarkeş “Qəbələ”nin “Neftçi” üzərində böyük hesablı qələbəsinin (4:1) şahidi olub.

 

Ən az azarkeş isə “İnter Arena”da qeydə alınıb. “İnter”lə “Sumqayıt”ın oyununu (3:1) cəmi 200 tamaşaçı tribunalardan izləyib.


Turun digər oyunlarından, Şüvəlandakı “AZAL Arena”da keçirilmiş AZAL - “Qarabağ” matçında (0:1) 1000, Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Kəpəz” oyununda (2:0) isə 500 azarkeş qeydə alınıb.

 

Ümumilikdə turun 4 oyununu 3200 azarkeş tribunalardan izləyib ki, bu da, hər oyuna orta hesabla 800 tamaşaçı deməkdi.

 

Xəbər xətti